Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Aprel 2026 / 18:33

Alimlərdən xəbərdarlıq: Günəş partlayışı maqnit qasırğası yarada bilər

Aprelin 3-də Günəşdə sonuncudan əvvəlki güc sinfinə aid yeni partlayış baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Bildirilib ki, Moskva vaxtı ilə saat 10:56-da (Bakı vaxtı ilə 11:56) 4009 saylı günəş ləkələri qrupunda (N01E07) rentgen diapazonunda 13 dəqiqə davam edən M1.3 partlayış müşahidə olunub.

Qeyd olunur ki, Günəşdəki partlayışlar güclərinə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən kiçik A0.0 sinfi Yerin orbitinə bir kvadrat metrə 10 nVt şüalanma gücünə uyğun gəlir, hər sonrakı sinif isə əvvəlkindən 10 dəfə daha güclüdür. Bu partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur; onların buludları Yerə çatdıqda isə maqnit qasırğaları yarada bilər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!