Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov və Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakayev arasında görüş keçirilib.
Bu barədə Tezadlar.az Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyində olan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
2 aprel tarixində Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünün keçirilməsi yüksək qiymətləndirilib. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşdə eyni zamanda regional və beynəlxalq gündəliyin aktual məsələlərinə toxunulub.