3 Aprel 2026 / 21:00

İranda vurulan ABŞ qırıcısının ekipaj üzvlərindən biri xilas edildi

Nəhayət, İranda Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulan ABŞ-ın qırıcı təyyarəsinin ekipaj üzvlərindən biri xilas edilib. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, İsrail ordusunun yüksək rütbəli hərbçisi bu barədə məlumat verib. Onun sağlamlıq durumunun yaxşı olduğu bildirilir.

Qeyd: İran ABŞ-a məxsus qırıcı təyyarəni vurub və iki nəfərlik ekipajın tapılması üçün axtarış-xilasetmə əməliyyatı aparılır. Bu barədə “Axios” məlumat yaymışdı. Hansı ki, bu, müharibə başlayandan bəri ABŞ təyyarəsinin vurulduğu ilk haldır. ABŞ ordusu və Ağ Ev məsələ ilə bağlı sorğulara cavab verməyib.

Müharibə isə davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!