Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, Türkiyənin Muğla vilayətinin Fəthiyə rayonunda fırtına səbəbindən dənizdə faciə yaşanıb. Ölü dəniz sahilində lövbər salmış tur gəmisinin kəndiri güclü küləyin təsirindən qopub. Nəzarətdən çıxan gəmi qayalara çırpılaraq qısa müddətdə suya qərq olub.
Hadisə zamanı gəmidə olan 7 nəfərdən 6-sı Sahil Mühafizəsi və Jandarmanın axtarış-xilasetmə qrupları tərəfindən sağ xilas edilib. Təəssüf ki, itkin düşən bir nəfərin — gəmidə aşpaz işləyən 59 yaşlı İbrahim Özbekin cansız bədəni gəminin içərisindən tapılıb. Bir uşaq atası olan Özbekin cənazəsi Fəthiyə Dövlət Xəstəxanasının morquna təhvil verilib. Batmış gəminin sahildən çıxarılması işlərinə sabahdan başlanacaq.
Səbinə Bağırova
