3 Aprel 2026 / 22:53

ABŞ və İsrail qüvvələri Xarq adasını hədəf alıb: Hücum nəticəsində tələfat var

ABŞ və İsrailin Hərbi Hava Qüvvələri İranın Xarq adasına hücum edib, bir nəfər ölüb.

Tezadlar.az xəbər verir ki,xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“Limanda bir nəfər ölüb, dörd desant gəmisi zədələnib”, – məlumatda bildirilib.

Bundan başqa, infrastruktura da ziyan dəydiyi qeyd olunub:

“Partlayış dalğası sərnişin zalının pəncərələrinin sınmasına səbəb olub, həmçinin dəniz terminalının nəzarət otağına ciddi ziyan vurub”.

ABŞ ilə İsrailin İranın Kərəc rayonundakı B1 körpüsünə hava zərbələri nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Tezadlar.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

“Bu vilayətdə B1 körpüsünə hücum nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb”, – məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Kərəc B1 körpüsünə hava zərbələri nəticəsində 95 nəfər yaralanıb.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Bundan əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!