Müasir elmin hələ də kəşf edə və araşdırıb dəqiqləşdirə bilmədiyi çox sirrlər içindəyik. Alimlər bir onu deyə bilirlər ki, İnsan yer planetindən cəmi 1,3 işıq saniyəsi məsafəsində uzaqlaşa bilib… Tanınmış ekspert Sahib Məmmədovun bu statusu da maraq doğurur: “İnsan yenidən aya uçub… Amma ayın başına dolanıb qayıdacaqlar. Nəzəriyyəçilər deyir ki, Kainatın ehtimal olunan diametri 95 milyard işıq ilidir. İşıq bir il ərzində yuvarlaq 10 trilyon km, məsafə qət edir. İndi onu vuraq 95 milyarda. Belə rəqəm yoxdur. Yerdəki qum dənələrinin sayı da bu rəqəmə çatmayacaq. Amma bir nəzəriyyə də var ki, əslində kainat deyiləndən 250 dəfə daha genişdi. Hətta 95 milyard işıq ili diametrində olsa belə: İnsan hələlik yerdən cəmi 1,3 işıq saniyəsi uzaqlaşa bilib! 1977-ci ildə kosmosa yola salınan “Voyager-2” isə 50 ilə yaxındır uçur və cəmi 20 milyard km məsafə qət edib. Bu isə heç bir işıq sutkası da etmir. İşıq bir sutkada yuvarlaq desək 26 milyard km məsafə qət edir…”.
Deməli, elm hələ də kainatın- dünyanın sirrini aça bilmir, amma öyrənir…
A.Məmmədli