Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Braziliyalı futbolçu Oskar 34 yaşında karyerasını başa vurduğunu açıqlayıb.
Tezadlar.az xəbər verir ki, “San-Paulu”nun məlumatına görə, bu qərara səbəb futbolçuda aşkarlanan ürək problemi olub. O, noyabrın 11-də tibbi baxış zamanı huşunu itirib və daha sonra bu diaqnoz qoyulub.
Oskar qərarından məyus olduğunu bildirib:
“Oynamağa davam etmək istəyirdim, amma alınmadı. Artıq klubumu azarkeş kimi dəstəkləyəcəyəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, “San-Paulu”nun yetirməsi olan yarımmüdafiəçi daha çox “Çelsi”dəki çıxışı ilə tanınıb və bu klubla İngiltərə çempionu olub. O, həmçinin “İnternasyonal” və “Şanxay Port”da da forma geyinib.