Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Amerika-İslam Münasibətləri Şurası prezident Donald Trampın sosial mediada İranı təhdid edən paylaşımında “Allaha şükür” ifadəsini işlətməsini tənqid edərək, bunun kinayəli bir tonda olduğunu iddia edib və Konqresə şikayət ərizəsi təqdim edib.
Tezadlar.az bildirir ki, CAIR verdiyi açıqlamada Trampın bu paylaşımına görə Konqresə şikayət edildiyini və İrana hücumlara son qoyulmasını tələb etdiyini bildirib.
ABŞ-da müsəlmanların aparıcı çətir təşkilatı olan CAIR Trampın “İslamı lağa qoymaq və İranın mülki infrastrukturunu hədəf almaq” ifadələrindən sonra Konqresi yenidən toplaşmağa və İrana qarşı müharibəyə son qoymaq üçün tədbir görməyə çağırıb.
CAIR-ın bəyanatında deyilir: “Prezident Trampın İslamı lağa qoyması və İranda mülki infrastrukturu hücum etməklə hədələməsi insan həyatına və dini inanclara hörmətsizlik göstərən ehtiyatsız, təhlükəli bir düşüncə tərzinin göstəricisidir”.
Bəyanatda Trampın açıqlamalarının həm ABŞ-da, həm də digər yerlərdə müsəlmanları digər insanlardan aşağı hesab edən “uzun müddət davam edən anti-İslam ritorikası və siyasəti zəncirinin” nəticəsi olduğu qeyd edilib və ABŞ Konqresi tədbir görməyə çağırılıb. Bəyanatda əlavə edilib ki, “Zorakılıq təhdidləri kontekstində “Allaha şükür” ifadəsinin təsadüfi istifadəsi dini dili silahlandırmaq və eyni zamanda İslamı və onun ardıcıllarını alçaltmaq üçün narahatedici bir istəyi əks etdirir”.
Prezident Tramp həmin səhər sosial mediada paylaşımında 7 aprelin İranda “Enerji Stansiyası və Körpü Günü” olacağını bildirib və Tehran administrasiyasını Hörmüz boğazını açmağa çağırıb, əks halda, İran ağır nəticələrlə üzləşəcək.
Tramp həmçinin paylaşımında “Allaha şükür” ifadəsini də işlədib.
Keçən həftə CAIR həmçinin Trampın İranı “Daş dövrünə qaytarmaq” üçün bombalamaq təhdidini “müsəlman əleyhinə, irqçi və qeyri-insani” adlandıran bir bəyanat yayıb.
E.ŞİRİNOV