Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan millisinin və ABŞ-nin “Kolambus Kryu” komandasının hücumçusu Nəriman Axundzadə MLS-də ikinci oyununu keçirib.
Tezadlar.az xəbər verir ki, 21 yaşlı hücumçu VI tur çərçivəsində “Atlanta Yunayted”lə səfər matçında iştirak edib.
O, 90-cı dəqiqədə meydana çıxıb və Andres Erreranı əvəzləyib.
Qarşılaşma Nərimanın komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, “Kolambus Kryu”nun cari mövsümdə ilk qalibiyyəti olub.
Qeyd edək ki, ABŞ klubuna qış fasiləsində “Qarabağ”dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.