6 Aprel 2026 / 11:34

Liderlə gərgin savaş: Həmyerlimiz oyunu əvəzolunmadan başa vurdu

Albaniya Super Liqasında 30-cu turun oyunları keçirilir.

Tezadlar.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” də növbəti matçına çıxıb.

Vüsalın tur çərçivəsində evdə lider “Vlazniya” ilə qarşılaşıb. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. İsgəndərli oyuna əsas heyətdə başlayaraq sona qədər meydanda qalıb.

Hazırda “Partizani” 44 xalla 4-cü yerdədir.

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!