6 Aprel 2026 / 19:40

Əfqanıstanda yanacaq maşınlarının toqquşması faciə ilə nəticələndi

Əfqanıstanın şimalındakı Bəğlan əyalətində iki yanacaqdaşıyan maşın toqquşması nəticəsində baş verən yanğında 5 nəfər ölüb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

“Ötən gün gecə saatlarında Duşi dairəsinin Zərd-Səng bölgəsində yanacaq daşıyan iki maşın toqquşaraq alovlanıb. Yüksək sürətlə hərəkət edən daha bir avtomobil alovlar içində qalıb, maşının salonunda olan 5 nəfər ölüb”, – məlumatda bildirilib.

Yol-nəqliyyat hadisəsi nəticəsində daha bir neçə nəqliyyat vasitəsi yanıb. Rəsmilər qəzanı sürücülərin səhlənkarlığı ilə izah ediblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!