Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2025-ci ilin yekununa əsasən, Qazaxıstanın 58 universitetində 333 Azərbaycan vətəndaşı təhsil alır.
Tezadlar.az xəbər verir ki, bunu Qazaxıstanın elm və təhsil naziri Sayasat Nurbek Almatı şəhərində Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumunda deyib.
“2025-ci ilin yekununa əsasən, Qazaxıstanın 58 universitetində 333 Azərbaycan vətəndaşı təhsil alır, eyni zamanda Azərbaycan universitetlərində 164 Qazaxıstan vətəndaşı oxuyur”, – S. Nurbek bildirib.
Onun sözlərinə görə, Qazaxıstanın 62 universiteti Azərbaycanın 81 universiteti ilə əməkdaşlıq edir və forum çərçivəsində Azərbaycanın 18 universiteti ilə Qazaxıstanın 29 universiteti arasında 63 yeni memorandumun imzalanması planlaşdırılır.