Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp ənənəvi Ağ Ev brifinqində bir neçə ay əvvəl Qrenlandiya məsələsindən sonra “NATO ilə vidalaşmaq” qərarını verdiyini açıqlayıb.
Tezadlar.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat verib.
Amerika lideri 2025-ci ildə Meksika, Kuba, Kanada və Qrenlandiyanı nəzarətə götürmək planlarını dəfələrlə bəyan edib.
4 yanvar 2026-cı ildə Venesuela prezidenti Nikolas Maduronu ələ keçirmək əməliyyatından sonra Tramp bir daha Qrenlandiyanı əldə etmək istədiyini bildirib. O, qeyd edib ki, ABŞ-a ada “milli təhlükəsizlik” üçün lazımdır.
ABŞ liderinin sözlərinə cavab olaraq, NATO ölkələri adada təlimlər elan ediblər və bölgəyə 3-20 nəfərlik kiçik kontingentlər göndəriblər.
“Əgər həqiqəti istəyirsinizsə, hər şey Qrenlandiyadan başladı. Biz Qrenlandiyanı istəyirik. Onlar onu bizə vermək istəmirlər. “Və mən dedim ki, ‘Sağ ol, sağ ol'”, – deyə Tramp izah edib.
Agentliyin məlumatına görə, bu sözlərdən sonra prezident brifinqi kəsib və jurnalistlərin suallarını cavablandırmağı zəruri hesab etməyərək ofisi tərk edib.
E.ŞİRİNOV