7 Aprel 2026 / 06:57

Tramp Venesuela prezidenti olmağa etiraz etmədiyini söylədi

ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti olmağa etiraz etmədiyini bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

O, bu barədə mətbuat konfransında açıqlama verib. Trampın sözlərinə görə, “İrandakı vəziyyəti bitirdikdən” sonra Venesuela prezidentliyinə namizəd olmaq üçün ispan dilini öyrənməyə başlaya bilər.

“Bunu bitirdikdən sonra Venesuelaya gedə bilərəm. İspan dilini tez öyrənəcəyəm. Çox çəkməyəcək. Dilləri yaxşı bilirəm. Venesuelaya gedəcəyəm. Prezidentliyə namizəd olacağam”, – deyə Tramp zarafatla bildirib.

Daha əvvəl Tramp “NATO ilə vidalaşdığını” açıqlamışdı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!