Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-İsrail hücumlarında indiyə qədər İranda 250 şagird və 60 müəllimin həlak olduğu açıqlanıb.
Tezadlar.az bildirir ki, Təhsil və Təlim Nazirliyinin İran mediasında dərc olunmuş açıqlamasında 28 fevraldan bəri davam edən ABŞ-İsrail hücumları ilə bağlı məlumat verilib.
Hücumlarda indiyə qədər 250 şagird və 60 müəllimin həyatını itirdiyi bildirilib.
Həmçinin hücumlarda 750 təhsil müəssisəsinin zərər gördüyü bildirilib.
Şagird itkilərinin böyük əksəriyyəti ABŞ tərəfindən Minabdakı ibtidai məktəbə edilən hücumda baş verib.
İran Qızıl Aypara Cəmiyyəti 28 fevralda ABŞ-İsrail hücumunda, o cümlədən Hormozqan, Minabdakı qızlar ibtidai məktəbinə edilən hücumda 168 uşaq olmaqla 180-dən çox insanın öldüyünü açıqlayıb.
Hücumun ABŞ tərəfindən törədildiyi və məktəbə 40 dəqiqə ərzində iki dəfə zərbə endirildiyi məlum olub.
E.ŞİRİNOV