7 Aprel 2026 / 08:12

Tramp İrana qarşı kobud ifadələrini belə izah etdi

ABŞ prezidenti Donald Tramp İran hakimiyyətinə qarşı kobud çıxışlarına münasibət bildirib.

Tezadlar.az xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında danışıb.

Dövlət başçısı Tehrana son mesajında ​​”fikirlərini çatdırmaq üçün” ədəbsiz ifadələrdən istifadə etdiyini qeyd edib.

Bu, Trampın TruthSocial sosial media platformasındakı paylaşımına aiddir. Həmin paylaşımda o, İran hökumətini “dəli alçaqlar” adlandırıb və onlardan Hörmüz boğazını açmağı tələb edib. O, həmçinin Tehranı enerji obyektlərinə və körpülərinə güclü zərbələr endirməklə hədələyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!