7 Aprel 2026 / 09:24

İran: Hermes 900 və MQ-9 tipli PUA-lar vurulub

İran Hermes 900 və MQ-9 silahlı pilotsuz uçuş aparatlarının (PUA) Xuzistan və Hörmüzqan əyalətlərində vurulduğunu açıqlayıb.

Tezadlar.az bildirir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, İnqilab Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Bölməsi Hörmüzqan əyalətindəki Qeşm adasında vurulan PUA ilə bağlı açıqlama yayıb.

Açıqlamada ABŞ-ın MQ-9 PUA-sının Qeşm adasında hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu bildirilir.

“Tasnim” Xəbər Agentliyi İnqilab Keşikçiləri Korpusunun açıqlamasına istinadən Hermes 900 PUA-sının Xuzistan əyalətinin Əndimeşk rayonunda vurulduğunu bildirib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!