Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 Aprel 2026 / 13:10

Canlı sərhəd mühafizəsi: Bu ölkəni timsahlar və ilanlar qoruyacaq

Hindistan Sərhəd Təhlükəsizlik Qüvvələri (BSF) öz bölmələrinə Banqladeş və Pakistanla olan sərhədlərin çay və bataqlıq zonalarında mühafizə məqsədilə ilan və timsahlardan istifadə imkanlarını araşdırmağı tapşırıb.

Tezadlar.az “The Hindu”ya istinadən xəbər verir ki, Hindistan sərhədçiləri hasar çəkməyin çətin olduğu yerlərdə ilan və timsahlardan canlı sədd kimi istifadə etməyi planlaşdırır.

Hindistan və Banqladeş arasındakı sərhədin uzunluğu 4,9 min kilometrdən çoxdur. Əvvəllər hakimiyyət orqanları qeyri-qanuni miqrasiyanın və qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün sərhədin böyük hissəsində projektorlarla təchiz olunmuş çəpərlər inşa etsə də, bəzi sahələrdə mürəkkəb relyef səbəbindən işlər çətinləşib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!