Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 Aprel 2026 / 17:02

İstanbulda atışma: İsrail XİN Türkiyəyə operativ tədbirlərə görə təşəkkür etdi

Bu gün İstanbulda İsrail Konsulluğu yaxınlığında atışma baş verib… İsrail Xarici İşlər Nazirliyi İstanbulda İsrail Konsulluğuna hücumu qınayır. Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, bu barədə İsrail XİN bəyanat yayıb. “Biz bu gün İstanbulda İsrail Konsulluğuna hücumu şiddətlə qınayırıq. Türkiyə təhlükəsizlik qüvvələrinin hücumun qarşısının alınması üçün operativ tədbirlərini yüksək qiymətləndiririk. İsrailin dünyadakı diplomatik missiyaları saysız-hesabsız hədələrə və terror hücumlarına məruz qalıb. Terror bizi qorxutmayacaq”.

Qeyd: bu gün İstanbulda İsrail Konsulluğu yaxınlığında atışma baş verib, iki polis əməkdaşı yaralanıb, hücum edən silahlılardan biri ölüb, ikisi ələ keçirilib. Onların İran mənşəli olduqları söylənilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!