Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı silahlı insidenti pisləyib.
Tezadlar.az xəbər verir ki, o, bu barədə Ankarada ROKETSAN istehsal obyektlərinin açılışı mərasimində deyib.
Ərdoğan bildirib ki, Türkiyə terrorun hər növü ilə mübarizəni qətiyyətlə davam etdirəcək?
“Biz təxribatlarla Türkiyənin təhlükəsizlik mühitinə zərər vurulmasına imkan verməyəcəyik”.
Qeyd edək ki, aprelin 7-də İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib, nəticədə bir şübhəli öldürülüb, ikisi yaralı halda ələ keçirilib. Həmçinin 2 polis əməkdaşı da silahlı insident zamanı xəsarət alıb.