7 Aprel 2026 / 21:49

Yaşıl meydanların əvəzolunmaz ulduzu – Messi dünyanın ən yaxşısıdır

“Hazırda dünyanın ən yaxşı futbolçusu Lionel Messidir”.

Tezadlar.az xəbər verir ki, bunu Braziliya millisinin keçmiş ulduzu və əfsanəvi futbolçusu Ronaldinyo deyib.

“Leo çox məsuliyyətlidir. Hər dəfə onun birlikdə vaxt keçirəndə böyük zövq alıram. O, dünyanın ən yaxşı oyunçusu olaraq qalır. Ümid edirəm ki, Dünya Kubokuna ən yüksək səviyyədə çıxış edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, Dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!