Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Aprel 2026 / 13:32

“Düşünmürəm ki, Yalçın Adıgözəlovun bu qədər çirkin hay-küyə ehtiyacı var” – Rəşidə Rəşid

Azərbaycanın Əməkdar artisti Rəşidə Rəşid (Behbudova) Akademik Opera və Balet Teatrında sənətçilərin etirazı ilə bağlı xəbərlərə münasibət bildirib. 

Tezadlar.az   xəbər verir ki, R.Rəşid önəmli bir mədəniyyət ocağında bu cür narazıılıqların olmasına görə  təəssüfləndiyini bildirib:

“Professor və Xalq artisti Yalçın Adıgözəlov üç ildir ki, opera teatrının heyətində işləmir. Düşünmürəm ki, onun bu qədər çirkin hay-küyə ehtiyacı var. Onu məmnuniyyətlə başqa bir xarici ölkədə dirijorluq etməyə dəvət edirlər.

Yeri gəlmişkən, bundan əvvəl, Sankt-Peterburqda məşhur professor Musin (musiqiçilər onun şöhrətini bilirlər) ilə birlikdə təhsil alan möhtəşəm musiqiçi, dirijor, peşəkar skripkaçı, Xalq artisti Fəxrəddin Kərimov işdən çıxarılmışdı! Hamı susurdu! Heç kim heç nə yazmırdı, heç nə müzakirə etmirdi. Çünki Maestro Kərimov bu zəhəri səssizcə udan ağıllı, təvazökar bir insandır. Bu adamın savadına baxmadan peşəsindən məhrum edildi. Bu, mənəvi ona təsir edirdi. Buna kimsə reaksiya verdimi? Heç kim. Məsələ burasındadır. Amma musiqi məkanında etik qanunlar pozulduqda biz, peşəkar musiqiçilər üçün susmaq çox çətindir. Bu, qəbuledilməz bir vəziyyətdir”.

Xatırladaq ki, bir neçə gündür, Akademik Opera və Balet Teatrında sənət adamları ilə teatr rəhbərliyi arasında qarşıdurma xarakterli müzakirələr gedir.  Xalq artisti Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı iddialar irəli sürüb.

Baş verənlərlə bağlı Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov Mədəniyyət Nazirliyinə çağırılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!