Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Aprel 2026 / 14:59

Nifrət etdiyi övladları ilə xəstəxanada görüşdü

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni İbrahim Tatlısəs xəstəxanaya yerləşdirilib.

Tezadlar.az Türkiyə mediasına istinadən xəbər verir ki, İbrahim Tatlısəs xəstəxanada küsülü olduğu övladları ilə görüşüb. O, qızı Dilandan sonra oğlu Ahmet Tatlısəsi görmək istəyib.

Ayağında elektron nəzarət vasitəsi (qolbaq) olmasına baxmayaraq, Ahmet atasını ziyarət etmək üçün xəstəxanaya gəlib. Aylar sonra baş tutan görüş zamanı ata və oğul göz yaşlarını saxlaya bilməyib.

Görüş əsnasında Ahmet Tatlısəsin halı pisləşib, təzyiqi qalxıb və ona tibbi müdaxilə olunub.

Məlumata görə, Ahmetin icazə verilən 3 km-lik məsafəni aşması səbəbilə hadisə yerinə polis əməkdaşları gəlib. İbrahim Tatlısəs isə onun öz istəyi ilə yanına gəldiyini bildirib.

Qeyd edək ki, Tatlısəsin sözügedən övladları ilə uzun müddətdir arasında qalmaqal yaşanırdı. Müğənni son açıqlamasında “Qohumun insana etdiyini əqrəb belə etməzmiş. Məni ən yaxınlarım vurur. Biri erkəkdir, biri də dişi (oğlu Ahmetlə, qızı Dilanı nəzərdə tutur – RED.). Bağırır ki, “Acun mənim əmim olsaydı”. Nişantaşındakı dükanı ona mən açdım, maşın aldım. Bodrumda mağaza açdı, “ata, ortağıq” dedi. Hamısını mən etdim. Nə oldu? Ortada heç nə qalmadı. Allah insanı belə övladlardan qorusun. Danışmıram, elə bilirlər ki, haqsız tərəfəm. Erkək olan üçün Manisada 5 mənzil aldım. Onları satdı. “Ailəmdir” deyir, bəs pullarını kimə verdin? Urfadakı bacılarına o puldan verdin? 3-5 ay olar ki, satılıb, 10 milyon pul etdi. Qızlara 5 qəpik pul da vermədi. Sənət nifrət edirəm, oğlum” deyə, bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!