Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Aprel 2026 / 20:47

İnsanlar ancaq danışırlar, amma heç nə etmirlər – Həmzət Çimayev

UFC-nin orta çəki dərəcəsində hazırkı çempionu Həmzət Çimayev onun ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib.

Tezadlar.az bildirir ki, tanınmış idmançı “Beyond the Win” podkastında çıxışı zamanı oktaqona nadir hallarda çıxması barədə deyilənlərə qətiyyən əhəmiyyət vermədiyini açıqlayıb.

Çimayev maddi baxımdan heç bir probleminin olmadığını və indiki həyatından tam məmnun qaldığını vurğulayıb.

Çempion qazanclarından danışaraq qeyd edib ki, insanlar onun uzun müddət fasilə verdiyini, passiv olduğumu deyirlər:

“Mənə fərq etməz. Milyonlar qazanıram. İnsanlar ancaq danışırlar, amma heç nə etmirlər. Mənim onlar barədə danışmağa vaxtım yoxdur. UFC-nin mənə ödədiyi puldan razıyam. Xəyallarımdakı kimi yaşayıram. Döyüşlərdən kənarda daha çox qazanıram, çünki özümə bir ad qazanmışam. Mən Həmzət Çimayevəm. Hara getsəm, insanlar mənə pul yatırmaq və mənimlə biznes qurmaq istəyirlər”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!