Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 Aprel 2026 / 05:37

Parlament sədri atəşkəs şərtlərinin pozulmasına belə reaksiya verdi

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ ilə planlaşdırılan danışıqlar prosesindən əvvəl razılaşdırılmış 10 maddəlik təklifin üç əsas bəndinin pozulduğunu bildirərək, “Qarşılıqlı atəşkəs və ya danışıqların heç bir mənası yoxdur” deyib.

Tezadlar.az xəbər verir ki, sosial media hesabında verdiyi açıqlamada Qalibaf ABŞ-a qarşı dərin tarixi etimadsızlıqlarının olduğunu vurğulayaraq, bu etimadsızlığın Vaşinqton administrasiyasının öhdəliklərini sistematik şəkildə pozmasından qaynaqlandığını bildirib.

ABŞ prezidenti Donald Trampın da ABŞ və İran arasında atəşkəslə bağlı razılaşdırılmış 10 bəndin “danışıqlar üçün etibarlı əsas” təşkil etdiyini etiraf etdiyini xatırladan Qalibaf, buna baxmayaraq, proses başlamazdan əvvəl üç əsas bəndin pozulduğunu qeyd edib.

Kalibaf pozulmuş bəndləri aşağıdakı kimi sadalayıb:

  1. Pakistanın Baş naziri Şahbaz Şərifin açıq şəkildə bildirdiyi kimi, Livan və digər bölgələr də daxil olmaqla hər yerdə dərhal qüvvəyə minəcək atəşkəs elan edən 10 maddəlik təklifin birinci bəndinə əməl edilməməsi.
  2. Fars əyalətinin Lar şəhəri üzərində məhv edilmiş pilotsuz təyyarənin İran hava məkanına daxil olması, İran hava məkanının daha da pozulmasını qadağan edən maddənin açıq şəkildə pozulması kimi qiymətləndirilir.
  3. Sazişin altıncı maddəsində nəzərdə tutulduğu kimi, İranın uranı zənginləşdirmək hüququnun rədd edilməsi.

Danışıqlar üçün əsas kimi qəbul edilən məqamların danışıqlar başlamazdan əvvəl də açıq şəkildə pozulduğunu bildirən Qalibaf “Hazırda danışıqlar üçün “işlək əsas” danışıqlar başlamazdan əvvəl də açıq və birmənalı şəkildə pozulub. Belə bir vəziyyətdə qarşılıqlı atəşkəs və ya danışıqlar məntiqsizdir” deyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!