9 Aprel 2026 / 06:46

Vens danışıqlarda ABŞ-ın İrandan nə tələb edəcəyini açıqladı

ABŞ İrandan nüvə materiallarını təhvil verməsini tələb edəcək.

Tezadlar.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens bildirib.

O, ABŞ prezidentinin İranın bu məqsədlə nüvə silahı istehsal etmək və ya uranı zənginləşdirmək qabiliyyətinə malik olmaması ilə bağlı sözlərini xatırladıb.

“Biz İranın nüvə yanacağını təhvil verməsini istəyirik. Danışıqlar zamanı tələbimiz də bu olacaq”, – Vens bildirib.

7 apreldə ABŞ prezidenti İranla iki həftəlik atəşkəs elan edib. Onun sözlərinə görə, Vaşinqton Tehrandan münaqişənin həlli üçün 10 maddəlik təklif alıb və bunun üzərində işləməyə davam etməyə hazırdır. Amerika lideri bildirib ki, atəşkəs sazişinin bir hissəsi olaraq İran Hörmüz boğazının açılmasına razılıq verib. Vaşinqton və Tehran arasında danışıqların ilk mərhələsi 11 aprel şənbə günü İslamabadda keçiriləcək. İsrail İslam Respublikası ilə atəşkəsi dəstəkləsə də, bu, Livana şamil edilməyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!