Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Livan hökuməti İsrail ordusunun həyata keçirdiyi hücumlarda 254 nəfərin ölümündən sonra bir günlük milli matəm elan edib.
Tezadlar.az bildirir ki, Livanın Baş Nazir Ofisindən verilən açıqlamada deyilir: “Baş nazir Nəvaf Salam 9 aprel 2026-cı il cümə axşamı günü İsrail hücumlarında hədəfə alınan, yaralanan və öldürülən yüzlərlə günahsız və silahsız mülki şəxs üçün milli yas günü elan etdi.”
Açıqlamada hökumət binalarının, dövlət qurumlarının və bələdiyyələrin bağlanacağı, bayraqların yarıya endiriləcəyi və televiziya verilişlərinin yas müddətini əks etdirmək üçün tənzimlənəcəyi qeyd edilib.
Açıqlamada Baş nazir Salamın Livan xalqına, xüsusən də hücumlarda həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verdiyi və yaralananların tezliklə sağalmasını arzuladığı vurğulanıb.
Livanın İsrail hücumlarının qarşısını almaq üçün bütün siyasi və diplomatik səylərini səfərbər etdiyi və ərəb ölkələri və beynəlxalq ictimaiyyətlə əlaqələrini davam etdirdiyi vurğulanıb.
İsrail ordusu dünən günortadan sonra xəbərdarlıq etmədən Beyruta, şərqi və cənubi Livana təxminən 100 eyni vaxtda hava hücumu təşkil edib. Axşam saatlarında İsrail döyüş təyyarələri Beyrutun Tel Hayyat rayonundakı bir binanı bombalayıb.
Dünənki hücumlar 2 martdan bəri İsrailin Livana etdiyi ən şiddətli hücumlar olub.
Dünən İsrailin Livana etdiyi eyni vaxtda hücumları nəticəsində ölənlərin sayı 254-ə çatıb ki, bunlardan 92-si paytaxt Beyrutdandır.
E.ŞİRİNOV