Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp və NATO-nun Baş Katibi Mark Rutte Ağ Evdə qapalı görüş keçiriblər.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, prezident Tramp və NATO-nun Baş Katibi Rutte arasında görüş ABŞ və İran arasında müvəqqəti atəşkəs müqaviləsi və ABŞ-NATO münasibətlərinin vəziyyəti ilə bağlı müzakirələr fonunda baş tutub.
Ağ Evdə qapalı görüşdə ABŞ-NATO münasibətləri və İranla bağlı əsas məsələlər müzakirə olunub.
Ağ Evin sözçüsü Karolin Livittdən prezident Trampın hələ də NATO-dan çıxmağı düşünüb-düşünmədiyi soruşulduqda, o, “Bu, prezidentin əvvəllər də toxunduğu bir mövzudur və inanıram ki, o, bir neçə saatdan sonra Baş Katib Rutte ilə bu mövzunu müzakirə edəcək” cavabını verib.
E.ŞİRİNOV