Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

PSJ-nin cinah oyunçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasında klub rekorduna imza atıb.
Tezadlar.az bildirir ki, gürcü hücumçu “Liverpul”a qarşı dörddəbir final matçında qol vuraraq 65-ci dəqiqədə komandasının üstünlüyünü ikiqat artırıb.
Matç 2:0 hesabı ilə PSJ-nin xeyrinə bitib.
Bu qol Kvaratsxelyanın cari yarışın pley-off mərhələsində ardıcıl dördüncü qolunu vurması olub. Əvvəllər heç bir PSJ oyunçusu ardıcıl dörd pley-off oyununda qol vurmamışdı.
Belə bir seriyaya imza atan sonuncu oyunçu 2021/22 mövsümündə ardıcıl beş pley-off oyununda qol vuraraq “Real Madrid”i qələbəyə aparan Kərim Benzema olub.
Ümumilikdə, Kvaratsxeliya cari Çempionlar Liqasında səkkiz qol vurub və bombardirlər siyahısında Erlinq Holandla beşinci yeri bölüşür.