Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyədə narkotik əməliyyatları nəticəsində daha 14 məşhur saxlanılıb.
Tezadlar.az xəbər verir ki, barəsində tutulma qərarı çıxarılan Sinem Özenç Ünsal məsələ ilə bağlı sosial media hesabında paylaşım edib:
“Çəkilişlər səbəbi ilə Mardindəyəm. Çıxan xəbərləri indi öyrəndim. Adımın belə bir mövzu ilə yanaşı çəkilməsindən son dərəcə kədərliyəm. Ancaq həqiqətin tək olduğunu bilirəm və məsul şəxslərin bu istiqamətdə atdığı addımlara hörmət edirəm. Üstümə düşən nə varsa, etmək üçün yaxın vaxtda İstanbulda olacağam”.
Xatırladaq ki, siyahıdakı 11 nəfər nəzarətə götürülsə də, birinin xarici ölkədə olduğu bildirilib. Digər 2 şəxsin saxlanılması istiqamətində işlər isə davam edir.
Qeyd edək ki, Sinem hazırda “Uzak şehir” serialında baş qəhrəmanlardan birini -“Alya” obrazını canlandırır.
