9 Aprel 2026 / 16:34

İran Hörmüz boğazından daşınacaq hər barel neft üçün 1 dollarlıq Bitcoin tələb edir…

İran iki həftəlik atəşkəs müddətində Hörmüz boğazından nəql edilən hər barel neft üçün 1 dollar tətbiq etməyi  planlaşdırır. Həm də ödəniş kriptovalyuta ilə edilməlidir.

Tezadlar.az  xəbər verir ki, bu barədə Financial Times (FT) qəzetinə İran Neft İxracatçıları Birliyinin nümayəndəsi Həmid Hüseyni məlumat verib.

Hüseyniyə görə, bu tədbir dəniz dəhlizindən keçən malların monitorinqinə imkan verəcək,

O əlavə edib ki, İranın iki həftəlik atəşkəsdən silah daşınması üçün istifadə olunmayacağına dair zəmanətə  ehtiyacı var.

Plana əsasən, tankerlər yükləri barədə İran hakimiyyət orqanlarına əvvəlcədən elektron poçt vasitəsilə məlumat verməlidirlər. FT bildirir ki, İran Bitcoin-i ödəniş vasitəsi kimi nəzərdən keçirir.

Həmid Hüseyninin sözlərinə görə, kriptovalyutadan istifadə vəsaitlərin izlənilməsinin və ya müsadirə edilməsinin qarşısını alacaq. O əlavə edib ki, boş gəmilər Hörmüz boğazından ödənişsiz keçə biləcəklər.

Qeyd edək ki, 7 apreldə ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs elan edib.

 

JASMİN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!