Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Serbiya üçün Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişafı çox önəmlidir.
Bunu Tezadlar.az ın Balkan bürosuna açıqlamasında serbiyalı ekspert Andrey Boyiç bildirib.
O qeyd edib ki, Serbiya ilə Azərbaycan arasındakı münasibətlər iki ölkə arasında strateji əməkdaşlığa əsaslanır və iki ölkə prezidenti Aleksandar Vuçiçlə İlham Əliyev arasında mövcud olan mükəmməl şəxsi münasibətlər hesabına son illərdə xüsusilə inkişaf edib:
“Serbiya üçün Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişafı olduqca mühüm əhəmiyyət daşıyır və biz burada yalnız mövcud əməkdaşlığın gücləndirilməsini deyil, eyni zamanda tamamilə yeni birgə enerji layihələrinin yaranmasını da müşahidə edirik”.
Ekspertin sözlərinə görə, Serbiyanın Niş şəhəri yaxınlığında yüksək elektrik istehsalı gücünə malik planlaşdırılan təbii qaz elektrik stansiyası enerji keçidi dövründə ölkə üçün ən vacib layihələrdən biridir:
“Bu keçid prosesində elektrik enerjisi əsas daşıyıcılardan biri hesab olunur və ölkə iqtisadiyyatının gələcək inkişafında mühüm rol oynayır. Eyni yanaşma təbii qaz sahəsinə də aiddir. Serbiyanın qaz infrastrukturunun inkişafı üçün böyük potensialı var və biz bütün dostlarımızdan və tərəfdaşlarımızdan təbii qaza ehtiyac duyuruq. Bu baxımdan Azərbaycan, şübhəsiz ki, əsas prioritetlər sırasında yer alır”.
Xatırladaq ki, Azərbaycan qazının Bolqarıstan–Serbiya interkonnektoru vasitəsilə Serbiyaya çatdırılması çərçivəsində imzalanmış müqavilənin müddəti 2026-cı ilin sonuna qədər uzadılıb.
Bu barədə aprelin 8-də Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayevin Bakıda Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyilib.