9 Aprel 2026 / 19:20

Tramp Hörmüz boğazındakı gəmilərlə bağlı Avropaya ultimatum verdi

ABŞ prezidenti Donald Tramp Avropa müttəfiqlərindən yaxın günlərdə Hörmüz boğazına hərbi gəmilər göndərməyə hazır olduqlarını təsdiqləmələrini tələb edib.

Tezadlar.az xəbər verir ki, “Der Spiegel”in məlumatına görə, bu barədə NATO-nun baş katibi Mark Rutte məlumat verib.

Ağ Ev görüşünün təfərrüatları ilə tanış olan Avropa diplomatları Vaşinqtonun mövqeyini ultimatum adlandırıblar.

Almaniyanın birgə missiyada iştirak etməyə hazır olduğunu bildirdiyi, lakin BMT mandatına və uzunmüddətli atəşkəsə riayət olunmasında israr etməyə davam etdiyi bildirilib.

Bir müddət əvvəl “Financial Times” qəzeti İranın iki həftəlik atəşkəs müddətində neft tankerlərinin Hörmüz boğazından keçməsi üçün gəmiçilik şirkətlərindən kriptovalyuta ilə ödəniş tələb etdiyini bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!