Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran İnqilab Keşikçiləri Korpusu ABŞ ilə atəşkəsdən bəri İran qüvvələrinin heç bir ölkəyə bir dəfə də olsun atəş açmadığını açıqlayıb.
Tezadlar.az bildirir ki, İranın rəsmi xəbər agentliyi IRNA İnqilab Keşikçiləri Korpusunun bu məsələ ilə bağlı yazılı açıqlamasını yayımlayıb.
Fars körfəzinin cənub sahilindəki bəzi ölkələrə məxsus obyektlərə pilotsuz təyyarə və raket hücumları ilə bağlı məlumatlara toxunan açıqlamada deyilir: “İran Silahlı Qüvvələri atəşkəsin başlanğıcından bəri heç bir ölkəyə atəş açmayıb. Əgər bu məlumatlar doğrudursa, bu hərəkətlər şübhəsiz ki, sionist düşmənin və ya Amerikanın işidir”.
Bəyanatda qeyd olunur ki, İran Silahlı Qüvvələri bir hədəfə zərbə endirərsə, bu, rəsmi açıqlama ilə elan ediləcək və rəsmi açıqlamalarda qeyd olunmayan hər hansı bir hərəkətin İran İslam Respublikası ilə heç bir əlaqəsi yoxdur.
E.ŞİRİNOV