10 Aprel 2026 / 09:01

Polis nəzarət məntəqəsinə edilən terror aktı ilə bağlı saxlanılanların sayı 16-ya çatdı

İstanbulun Beşiktaş şəhərində polis nəzarət məntəqəsinə edilən terror aktı ilə əlaqədar saxlanılanların sayı 16-ya çatıb.

Tezadlar.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən Levent məhəlləsindəki Cömert küçəsindəki Yapı Kredi Plazasının qarşısındakı polis nəzarət məntəqəsinə edilən terror hücumu ilə bağlı başladılan istintaq davam edir.

İstanbul Polis İdarəsi qrupları istintaq çərçivəsində Kocaelidə daha bir şübhəlini saxlayıb.

Beləliklə, xəstəxanada müalicəsi davam edən terrorçular Onur Çelik və Enes Çelik də daxil olmaqla saxlanılanların sayı 16-ya çatıb.

İstanbul Polis İdarəsində 14 şübhəlinin prosedurları davam edərkən, iki terrorçunun müalicədən sonra polis şöbəsinə aparılacağı öyrənilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!