10 Aprel 2026 / 09:20

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə start verildi

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə bu gündən start verilir. Tezadlar.az xəbər verir ki, günün ilk matçında “Rayo Valyekano” öz meydanında AEK-lə üz-üzə gəlib. Görüş La Liqa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.Digər qarşılaşmalarda isə “Kristal Pelas” “Fiorentina”nı, “Şaxtyor” “Alkmaar”ı məğlub edib.

Qeyd edək ki, 1/4 final mərhələsinə aprelin 16-da yekun vurulacaq.

UEFA Konfrans Liqası
1/4 final mərhələsi, ilk oyunlar

20:45. “Rayo Valyekano” – AEK 3:0

23:00. “Maynts” – “Strazburq” 2:0

23:00. “Kristal Pelas” – “Fiorentina” 3:0

23:00. “Şaxtyor” – “Alkmaar” 3:0

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!