10 Aprel 2026 / 09:35

Zelenski də Pasxa atəşkəsi elan edib- PUTİNƏ CAVAB

Nəhayət, Ukrayna Prezidenti Volodimir Zelenski də Pasxa bayramı ərəfəsində cəbhədə atəşkəs elan edib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Ukrayna Prezidenti bunu aprelin 9-da axşam xalqa müraciətində bildirib. “Ukrayna dəfələrlə humanitar addımlara hazır olduğunu bildirib. Bu il Pasxa bayramı münasibətilə atəşkəs təklif etdik və buna uyğun hərəkət edəcəyik. İnsanlara təhdidsiz Pasxa və sülhə doğru real hərəkət lazımdır”, – V.Zelenski əlavə edib.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin də Pasxa atəşkəsi elan edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!