Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Uzun illərdir ki, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə iti “Dolce” üçün ad günü məclisi təşkil edib.
Tezadlar.az xəbər verir ki, aktrisa evində onun bir yaşını qeyd edib.
Məclisdə Nəsrinin anası Fəridə xanım da iştirak edib. Nəsrin iti üçün evini bəzəyib, hətta tort da hazırlatdırıb.
Bəzi sosial şəbəkə istifadəçiləri isə buna təəccübləniblər…
Qeyd edək ki, Nəsrin Cavadzadə sənətçilər arasında itinə ad günü keçirən ilk şəxs deyil, hətta bunu dəbdəbəli şəkildə restoranda qeyd edənlər də var.
Məsələn, pandemiya dövründə Əməkdar artist Manana Çaparidze itinə ad günü edib. Müğənni 8 yaşlı itinin məclisinə gələn qonaqlardan Covid-19 pasportu da tələb edib.
Məşhur teleaparıcı və aktyor Sərxan Kərəmoğlu da iti üçün ad günü keçirib. Kərəmoğlu iti üçün tort bişirtdirib və ona hədiyyə də bağışlayıb. Tortun üzərində şamlar düzdürən teleaparıcı iti üçün “Happy Birthday” mahnısı da oxuyub.
Vaxtilə tanınmış şoumen Həmid Sultan da öz itinə ad günü mərasimi təşkil edib. Məclis çox dəbdəbəli şəkildə həyata keçirilib. İtin doğum gününə xeyli sayda qonaq da gedib.
Qubanın məşhur istirahət komplekslərindən biri olan “Aysu Village” istirahət mərkəzində xarici vətəndaşlar tərəfindən keçirilən məclisə 30-dan artıq qonaq dəvət olunub. İtin ad günü üçün xüsusi tort bişirilib. Tədbirdə həm canlı musiqi ifa olunub, həm də atəşfəşanlıq göstərilib. Şənliyə gələn qonaqlara bahalı yeməklər təqdim olunub. İtin ad günü hədiyyələri sırasında isə qızıl boyunbağı, xüsusi hazırlanmış yataq dəsti və xaricdən gətirilmiş lüks paltarlar da yer alıb. 50 min manat pul xərclənən bu tədbir “Azərbaycanda ən bahalı it ad günü” kimi də tarixə düşüb