10 Aprel 2026 / 13:30

Niderland klubları tarixində bu qədər ağır məğlubiyyətə rast gəlinməmişdi

Niderlandın “AZ Alkmaar” klubu ölkə futbolu tarixində antirekorda imza atıb.

Tezadlar.az xəbər verir ki, bu, UEFA Konfrans Liqasının 1/4 finalının “Şaxtyor”la ilk oyununda (0:3) baş verib.

Komanda qolları 72, 81 və 83-cü dəqiqələrdə buraxıb. İndiyədək Niderland klublarından heç biri avrokubok matçında 70-ci dəqiqədən sonra 3 qol buraxmayıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı aprelin 16-da Alkmaarda olacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!