10 Aprel 2026 / 14:40

Aygün Kazımovanın hitinə “yeni nəfəs”: Nuranın ifası bəyənildi – VİDEO

Azərbaycan estradasının ulduzu, Xalq artisti Aygün Kazımovanın yaradıcılığının 40 illiyinə özəl hazırlanan “Best of Aygün 40” albomu musiqisevərlər tərəfindən maraqla qarşılanmağa davam edir. Layihə çərçivəsində sevilən hitlərin fərqli sənətçilər tərəfindən yeni tərzdə təqdim olunması böyük diqqət çəkib.

“Yar Yar” yenidən gündəmdə

Albomda yer alan ən diqqətçəkən ifalardan biri gənc və istedadlı müğənni Nuranın (@nuransings) təqdim etdiyi “Yar Yar” mahnısı olub. Xalq artistinin komandası tərəfindən həyata keçirilən bu təşəbbüs həm peşəkarlar, həm də dinləyicilər tərəfindən müsbət rəylər alıb.

Qeyd edək ki, layihənin əsas məqsədi Aygün Kazımovanın illərdir dillər əzbəri olan mahnılarına yeni musiqi forması vermək və onları gənc nəslə fərqli interpretasiyada təqdim etməkdir.

Səbinə Bağırova 

Video üçün linkə keçid edə bilərsiz:

https://www.instagram.com/reel/DW8ZQDGR-xM/?igsh=MTEzd2tkYzZuMmt4Yw==

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!