Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Fransanın birinci xanımı Bricit Makronun qadın olduğuna əmin olduğunu deyib.
Tramp ABŞ-ın İrana qarşı xarici siyasəti ilə bağlı fikir ayrılıqları fonunda mühafizəkar mediada keçmiş müttəfiqlərinə qarşı sərt və emosional bir çıxış edib. Bunlara Taker Karlson, Kendis Ouens, Meqin Kelli və Aleks Cons da daxildir.
Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, xüsusilə Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı haqqında mübahisəli iddialar yayan Kendas Ouensin iddialarına toxunub. Xüsusilə, Ouens Bricitin əslində kişi olduğu və cinsiyyətini dəyişdirmə əməliyyatı keçirdiyi barədə nəzəriyyələr irəli sürdüyü bildirirdi. Bu nəzəriyyələr təkzib edilib və məhkəmə iddiasının mövzusuna çevrilib.