Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Livanın radikal “Hizbullah” qruplaşmasının rəhbəri Naim Qasem Livan hökumətini İsrailə əvəzsiz güzəştlərə son qoymağa çağırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə o, “Al-Manar” telekanalında yayımlanan müraciətində bildirib.
“Biz əvvəlki vəziyyətə qayıtmağa razılaşmayacağıq və rəsmi şəxsləri əvəzsiz güzəştlərə son qoymağa çağırırıq”, – Naim Qasim deyib.
Qruplaşma rəhbərinin bəyanatı İran və ABŞ arasında Pakistanın vasitəçiliyi ilə keçiriləcək qarşıdan gələn danışıqlar ərəfəsində verilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.