11 Aprel 2026 / 10:50

Böyük marağa səbəb olmuş “Öteki Yüz – Kilis” filminin Bakıda Qala gecəsi keçiriləcək

Aprelin 14-də “Alov qüllələri”nin (“Flame Towers”) kino pavilyonunda “Öteki Yüz – Kilis” filminin Qala gecəsi keçiriləcək.

Bu barədə Tezadlar.aza filmin icraçı prodüseri, Azərbaycan üzrə baş kordinatoru,  eyni zamanda Bakıda fəliyyət göstərən Çoban Yıldızı Film  Akademiyasının qurucusu Yalçın Çoban məlumat verib. 

kilisabi kol

Film (“Öteki Yüz – Kilis”) Türkiyə və Azərbaycan arasında kinematoqrafiya sahəsində inkişaf edən əməkdaşlığın mühüm nümunələrindən biri hesab olunur. Azərbaycanlı aktyor Şahin Cavadovun layihədə iştirakı onun beynəlxalq ölçüsünü gücləndirir və türk dünyası arasındakı mədəni əlaqələri əks etdirən mühüm element kimi seçilir.

Film Türkiyənin sərhəd şəhərlərindən biri olan Kilisdə çəkilib.  Filmdə baş verən hadisələr Kilis küçələrində doğulmuş bir hekayədir… Amma bu, sadəcə bir mafiya hekayəsi deyil. İndiyə qədər mafiya seriallarında həmişə silahlar danışıb, bu dəfə həqiqət danışacaq. O insanların özlərində gizlətdiyi ikinci həyatdan bəhs edir. Bu serialın məqsədi qan tökmək deyil, həqiqəti göstərməkdir. Çünki bəzən ən təhlükəli şey güllə deyil, həqiqətin özüdür. Çəkiliş prosesində Kilis əhalisinin göstərdiyi güclü maraq və dəstək istehsal qrupu tərəfindən xüsusilə vurğulanan elementlər arasındadır. Filmdə Kilisdən bir çox insan iştirak edib və bəzi yerli aktyorların performansı diqqətəlayiq olub. Bu vəziyyət layihəyə təbii realizm qatmaqla yanaşı, yeni aktyorların kəşfi üçün də imkanlar yaradıb.

Real hadisələrə əsaslanan və bugünkü dünyanın görünməyən tərəflərinə yönəlmiş “Öteki Yüz – Kilis” layihəsi kinoteatrlarda xüsusi nümayişləri ilə həm Türkiyədə, həm də beynəlxalq səviyyədə diqqət cəlb etməyə başlayıb. Güclü hekayəsi və real atmosferi ilə geniş auditoriyaya tez bir zamanda çatan layihə uzunmüddətli bir serialın ilk addımı kimi təqdim olunur. Layihə müasir dünyanın görünməyən üzünü, fərdlər və sistemlər arasındakı mürəkkəb münasibətləri və cəmiyyətləri fərqli bir perspektivdən formalaşdıran hadisələri çatdırmağı hədəfləyir.

“Öteki Yüz – Kilis” bugünkü dünyada siyasi, sosial və təhlükəsizliklə bağlı inkişafların fonunu araşdıran bir hekayə təqdim edir.

İstehsalçılarının açıqlamalarına görə, uzunmüddətli bir serial olaraq planlaşdırılan film, tək bir layihə ilə məhdudlaşmır, gələcəkdə yeni hekayələr və beynəlxalq personajlarla-xarakterlərlə genişlənəcək.

Layihənin rejissoru İbrahim N. Bülbül, ssenari müəllifləri isə Ayşe Gül Varçin və İbrahim N. Bülbüldür.

“Defne Yapım” istehsalçı şirkəti tərəfindən lentə alınan filmin prodüseri Hasan Arslandır.

Qeyd edək ki, filmdə – Halil İbrahim Kalaycıoğlu, Hasan Arslan, Şahin Cavadov, Selahattin Bel, Ayhan Işık, Emrah Doğan, Eva Faraj, Sezen Naz Soylu, Erdal Çapanoğlu, İmren Çapanoğlu, Nailya Amanova, Mesut Bilişik, Abil Sevidov, ve Halil Yırtıcı və yuxarıda qeyd edildiyi kimi, Kilisdən bir çox yerli aktyorlar çəkiliblər.

Onu da əlavə edək ki, Azərbaycanda bu filmin kinoteatrlarda ilk nümayişi aprelin 16-da başlayacaq.

oteki yuz

Y.MƏMMƏDLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!