11 Aprel 2026 / 20:26

Ya müharibə, ya sülh! İslamabadda üçtərəfli danışıqlar yenidən başladı

İran mediası ABŞ və İran arasında İslamabadda qısa fasilədən sonra danışıqların bərpa olunduğunu və texniki heyət görüşlərinin də keçirildiyini bildirib.

Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında danışıqlar qısa fasilədən sonra bərpa olunub. Xəbərdə qeyd olunub ki, qısa fasilə zamanı texniki heyət görüşləri davam edib.

ABŞ nümayəndə heyətinə Vens, İran nümayəndə heyətinə Qalibaf rəhbərlik edir. İslamabad danışıqları adlanan danışıqlara İran tərəfdən Parlament sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edir. Xarici işlər naziri Abbas Əraqçi, Müdafiə Şurasının baş katibi Əli Əkbər Əhmədiyan və Mərkəzi Bankın sədri Əbdülnasir Hemmati də daxil olmaqla böyük bir İran nümayəndə heyəti iştirak edir. ABŞ tərəfinə vitse-prezident J.D.Vens rəhbərlik edir. ABŞ nümayəndə heyətinə həmçinin prezident Donald Trampın kürəkəni Cared Kuşner və Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Uitkoff da daxildir. Pakistan tərəfindən vasitəçilər arasında Baş nazir Nəvaz Şərif, Xarici işlər naziri Eshaq Dar və Ordu Qərargah rəisi general Asim Munir var. Danışıqlardan əvvəl həm İran, həm də Amerika nümayəndə heyətləri Pakistanın Baş naziri Şəriflə ayrı-ayrı görüşlər keçiriblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!