Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ağ Ev rəsmisi ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və onun nümayəndə heyətinin ABŞ-İran danışıqları çərçivəsində Pakistanın İslamabad şəhərində İran nümayəndələri ilə üzbəüz görüş keçirdiyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, İslamabadda ABŞ-İran danışıqları ilə bağlı yeni irəliləyişlər ortaya çıxıb. Görüşün formatı ilə bağlı qeyri-müəyyənliklər davam etsə də, Pakistan mənbələri ABŞ və İran nümayəndə heyətlərinin ilk dəfə üzbə-üz görüşdüyünü iddia edib.
Daha əvvəl tərəflər arasında Pakistandan olan nümayəndələr vasitəsilə dolayı danışıqların aparılacağı iddialarından sonra Ağ Ev üzbəüz görüşü təsdiqləyib. Adı çəkilməyən Ağ Ev rəsmisi ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və digər ABŞ rəsmilərinin İslamabaddakı təmasları çərçivəsində İran nümayəndə heyəti ilə üzbəüz görüş keçirdiyini təsdiqləyib. Üzbəüz görüşlərə ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Uitkoff və Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşner də daxil olduğu bildirilib.
Görüşün gedişatı ilə bağlı şərh verən yerli mənbələr danışıqların bir gün davam edəcəyinin gözlənildiyini bildiriblər. Mənbələr əlavə ediblər ki, yüksək səviyyəli görüşlərdən sonra nümayəndə heyətləri səviyyəsində təmaslar davam etdiriləcək və hər iki tərəfin irəli sürdüyü şərtlər yekunlaşdırılacaq. İslamabadda danışıqlarda iştirak edən İran tərəfinin arasında Parlament sədri Məhəmməd Bağır Qalibaf, xarici işlər naziri Abbas Əraqçi, Əli Əkbər Əhmədiyan (Ali Rəhbər Müctəba Xameneinin Müdafiə Şurasındakı nümayəndəsi), İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemməti və bir neçə parlament üzvü olduğu məlumdur.
E.ŞİRİNOV