Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Kayzerslautern” Almaniya 2-ci Bundesliqasında 29-cu tur oyununa çıxıb.
Tezadlar.az xəbər verir ki, komanda “Herta”nın qonağı olub. Berlindəki Olimpiya stadionunda keçirilən matç qonaqların minimal qələbəsi ilə yekunlaşıb.
11 aprel
“Herta” – “Kayzerslautern” – 0:1
Qol: M.Berişa, 47
Mahir Emreli matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, hazırda turnir cədvəlində “Herta” 47 xalla 6-cı, “Kayzerslautern” isə 46 xalla 7-cidir.
Xatırladaq ki, Mahir ötən ilin yayından “Kayzerslautern”in formasını geyinir.