Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyəli məşhur komediya ustası Hasan Can Kaya aktrisa Duyğu Karabaş ilə sadə bir mərasimlə nişanlanıb.
Tezadlar.az xəbər verir ki, gözlərdən uzaq şəkildə keçirilən mərasimdən sonra 100 min dollar dəyərində hədiyyə iddiası gündəmə damğa vurub.
Nişan mərasimi Ortaköydəki Feriyedə mətbuata qapalı şəkildə baş tutub. Tədbirdə yalnız cütlüyün yaxın çevrəsi iştirak edib. Uzun müddət ictimaiyyətə açıqlanmayan mərasimin detalları daha sonra üzə çıxıb.
Maqazin kulislərində yayılan iddialara görə, Hasan Can Kaya nişanlısına təxminən 100 min dollar dəyərində “Patek Philippe” markalı saat hədiyyə edib. Qısa zamanda yayılan bu iddia sosial şəbəkələrdə də geniş müzakirə olunub.
Hasan Can Kaya daha əvvəl verdiyi açıqlamada nişanlısının ictimaiyyətə açıq biri olmadığını vurğulayaraq “Çox düzgün bir həyatı var, onun rahatlığını pozmaq istəmirəm” sözləri ilə şəxsi həyatına həssas yanaşdığını bildirib.