Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gecə ərzində İsrailin Livanın cənubundakı şəhərlərə hava hücumları nəticəsində beş nəfər həlak olub, üç nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusu gecə ərzində Livanın cənubundakı Tir və Nəbatiyyə əyalətlərində bir neçə şəhəri bombalamağa davam edib.
Tir yaxınlığındakı Qana şəhərində evləri və infrastrukturu hədəf alan hücumlarda ən azı beş mülki şəxs ölüb, çoxlu sayda insan yaralanıb.
İsrail ordusu həmçinin Nəbatiyyə yaxınlığındakı əl-Hiyam şəhərində bir neçə yeri bombalayıb. Hücumlarda yaralanan üç nəfər xəstəxanaya aparılıb.
Bafliye, Qəvneyn və cənubi Livanın bir neçə digər şəhəri də gecə ərzində İsrailin hava hücumlarına məruz qalıb.
E.ŞİRİNOV