12 Aprel 2026 / 17:18

Nərimanın komandası üçün asan sınaq? Autsayderlə qarşılaşma

ABŞ MLS liqasında 7-ci turun oyunları keçirilir.

Tezadlar.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin komandası olan “Kolambus Kru” bu gün autsayder “Orlanda Siti”ni qəbul edəcək. Matç Bakı vaxtı ilə aprelin 12-dən 13-nə keçən gecə saat 03:00-da başlanacaq.

Qeyd edək ki, 6 oyundan 5 xalı olan “Kolambus Kru” Şərq konfransında 11-ci, “Orlanda Siti” isə 3 xalla sonuncu – 15-ci yeri tutur.

Xatırladaq ki, N.Axundzadə bu günədək sonradan meydana daxil olmaqla MLS-də 2 matçın iştirakçısı olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!