13 Aprel 2026 / 06:37

ABŞ ordusu İran limanlarına qarşı dəniz blokadasına başlayır

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 13 apreldə İran limanlarına daxil olan və ya çıxan bütün gəmilərə qarşı dəniz blokadasına başlayacağını açıqlayıb.

Tezadlar.az bildirir ki, CENTCOM-un sosial media hesabında verilən açıqlamada İran limanlarının dəniz blokadasının bu gün başlayacağı bildirilirdi.

“CENTCOM qüvvələri prezident Donald Trampın göstərişinə uyğun olaraq, 13 apreldə İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatının blokadasına başlayacaq”, – açıqlamada deyilir.

Açıqlamada vurğulanır ki, dəniz blokadası İran limanlarına və sahil ərazilərinə, o cümlədən Fars körfəzi və Oman körfəzindəki ərazilərə daxil olan və ya çıxan bütün ölkələrin gəmilərinə qarşı “neytral” tətbiq olunacaq.

Açıqlamada həmçinin qeyd olunur ki, CENTCOM qüvvələri gəmilərin Hörmüz boğazından İran xaricindəki limanlara və ya limanlardan keçməsinə mane olmayacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!